Almaniya Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçuların sayını 60 minə çatdırmaq planı üzərində işləyir. Bu barədə Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişinin müavini general-leytenant Aleksandr Hoppe bildirib.
Yeni ehtiyatda olanlara qadınlar və kişilər daxil olacaq. Onlar Soyuq Müharibə dövründə olduğu kimi təlim keçəcək və təchiz olunacaqlar ki, döyüşdə aktiv qoşunları artıra və ya əvəz edə bilsinlər. Generalın sözlərinə görə, Almaniya ehtiyatı “hazırkı təhlükəsizlik siyasəti çağırışlarına” uyğunlaşdırmalıdır.
Hazırda Almaniyada 44 minə yaxın ehtiyatda olan əsgər var. Hakimiyyət 2011-ci ildə hərbi xidmətə çağırışı dayandırıb, o vaxtdan bəri Almaniya Silahlı Qüvvələrinin sayı azalır və bu gün 181,5 min nəfər təşkil edir. (Lenta.ru)