Almaniya hakimiyyəti Kiyevə müəyyən növ silahların tədarükü barədə ictimaiyyətə məlumat verməyəcək. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohan Vadeful Portuqaliyaya səfəri zamanı Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin mümkün transferi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Biz fərdi döyüş sistemləri ilə bağlı açıqlama verməyəcəyik”, – DPA xəbər agentliyi onun sözlərini sitat gətirir . Nazir iddia edib ki, Almaniya hakimiyyəti Moskvanın Berlinin Ukraynaya yardım göstərməsi ilə bağlı konkret addımları barədə məlumatlı olmasını istəmir.
Almaniya kansleri Friedrich Merz bazar ertəsi səhər saatlarında ölkəsinin Berlin və müttəfiqləri tərəfindən Kiyevə tədarük edilən silahların çeşidinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Siyasətçinin sözlərinə görə, oxşar qərarı Böyük Britaniya və Fransa da verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu qərar potensial təhlükəlidir və nizamlanma cəhdlərinə ziddir. (Tass)