Almaniyanın maliyyə naziri Lars Klinqbeyl çərşənbə günü Kanadada “Yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Ukraynaya dəstəyi davam etdirmək qərarına gəliblər. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, ölkələr hələ də bəzi məsələləri müzakirə edir, ona görə də yekun bəyanat hələ razılaşdırılmayıb. Klinqbeyl həmçinin vurğulayıb ki, G7 üzvlərinin Ukraynaya yardım göstərməklə bağlı mövqeyi dəyişməz qalacaq.
G7 maliyyə nazirlərinin görüşü mayın 20-dən 22-dək Kanadanın Alberta ştatının Banff şəhərində keçirilir. (Tass)