Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) hücum zamanı müdafiə müharibəsi apara bilməlidir. O, öz fikrini Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsində bildirib.
Pistorius müdafiə büdcəsinin artırılması zərurəti ilə bağlı sualı cavablandırarkən deyib: “Biz xarici təhlükəsizliyi və müdafiəyə hazırlığı təmin etmək üçün bu öhdəliyi yerinə yetirməliyik”. “Kobud desək, biz də ekstremal hallarda hücuma hazır olmalıyıq”, – Pistorius əlavə edib. “O zaman biz müdafiə müharibəsi apara bilməliyik. 2025-ci ildən hakimiyyətdə hansı partiyaların olmasından asılı olmayaraq, onlar bu məsuliyyətdən vaz keçə bilməyəcəklər”, – o vurğulayıb.
Almaniya Silahlı Qüvvələrinin vəziyyətini şərh edən Pistorius qeyd edib ki, hakimiyyət hazırda “Bundesverə Federativ Respublikasının tarixində heç vaxt olmadığı qədər çox pul xərcləyir”. “İlin sonuna qədər 100 milyard avroluq xüsusi fondun təxminən üçdə ikisi dəyərində müqavilə bağlayacağımız gözlənilir” deyib nazir. Eyni zamanda, o, etiraf edib ki, “Bundesverdə otuz il ərzində fərqli rəftar edilən şeyi bir ildə dəyişmək mümkün deyil”.
Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün ayrılmış 100 milyard avro məbləğində xüsusi fonddan istifadə NATO-nun ÜDM-in 2%-i həcmində müdafiə xərclərini nəzərdə tutan məqsədə çatmağa kömək edəcək. “Biz xüsusi fondu xərclədikdən sonra bu 2%-lik hədəf daimi büdcədə öz əksini tapmalıdır. Bunu hamı bilir”, – Pistorius bildirib. (Tass)