Almaniya NATO-nun Arctic Sentry missiyasının bir hissəsi olaraq İslandiyaya Eurofighter qırıcı təyyarələri və A400M hərbi nəqliyyat təyyarəsi göndərib. Almaniyanın müdafiə naziri Boris Pistorius bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.
“Bundan əlavə, 1 martdan etibarən Almaniyanın Nuukdakı Birgə Şimal Komandanlıq Mərkəzində əlaqə zabiti olacaq”, – deyə o qeyd edib. “NATO-nun şimal-qərb cinahına təklif edə biləcəyimiz çox şey var”, – deyə Pistorius Almaniyanın digər aktivləri ilə yanaşı, sualtı qayıqları, freqatları və qırıcı təyyarələri olduğunu xatırladaraq bildirib. (Tass)
