Almaniya Rusiyanı Almaniya Sosial Demokrat Partiyasının (SPD) resurslarına kiberhücum etməkdə ittiham etdikdən sonra Moskvadakı səfiri Aleksandr Lambsdorffu məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“Əlavə olaraq xəbər verə bilərəm ki, Xarici İşlər Naziri Annalena Bärbock Moskvadakı səfir Lambsdorffu məsləhətləşmələr üçün Berlinə geri çağırmaq qərarına gəlib” deyib. “O, bir həftə Berlində qalacaq, sonra Moskvaya qayıdacaq”, – Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib. (Tass)