Almaniya kansleri Olaf Şolz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cümə günü, noyabrın 17-də Berlində qəbul edəcək. Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin müavini Kristian Hofman brifinqdə məlumat verib.
“Cümə günü axşam kansler Türkiyə prezidentini qəbul edəcək. İşgüzar nahar zamanı müxtəlif siyasi mövzular müzakirə olunacaq”, – o bildirib.
Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də görüşəcək.(Tass)