Almaniya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Marko Rubionun Almaniya əks-kəşfiyyat agentliyinin Almaniya üçün Alternativ (AfD) partiyasını ifrat sağçı təşkilat kimi təyin etmək qərarı ilə bağlı tənqidini rədd edir. Bunu jurnalistlərə keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer deyib.
“Biz ABŞ dövlət katibinin bəyanatlarını açıq şəkildə rədd edirik. Onlarda yer alan eyhamlar tamamilə əsassızdır”, – o deyib. Onun sözlərinə görə, konstitusiyanın müdafiəsi idarəsi “demokratiya və qanunun aliliyini ekstremistlərdən və demokratiya düşmənlərindən qorumağa” borcludur. Fişer iddia edib ki, əks-kəşfiyyat “müstəqil fəaliyyət göstərir” və AfD-nin sağçı ekstremist kimi tanınması qərarına heç bir siyasi təsir göstərilməyib.
Daha əvvəl Rubio Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosunun AfD ilə bağlı qərarının demokratiya deyil, “maskalı tiranlıq” olduğu fikrini ifadə edib. (Tass)