Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Sergey Neçayevi Bavariyada polisin Rusiyanın maraqları naminə casusluqda şübhəli bilinən iki nəfəri saxlaması ilə əlaqədar çağırıb.
Almaniya Xarici İşlər Nazirliyi bu məlumatı nəşrə təsdiqləyib.
Spiegel daha əvvəl iki şübhəli casusun saxlandığını və həbs edildiyini bildirmişdi. Nəşr istintaqa istinad edərək aydınlaşdırıb ki, saxlanılan şəxslər ABŞ hərbi bazalarına casusluq etməkdə və hərbi obyektlərin, silahların və sənaye müəssisələrinin yandırılması və partladılması, hərbi rabitə yollarına hücumlar yolu ilə Ukraynaya hərbi yardımın göstərilməsinə mane olmaqda şübhəli bilinirlər. (İnterfax)