Almaniya Xarici İşlər Nazirliyi hesab edir ki, Ukrayna yalnız kifayət qədər güclü olduqda və bunun üçün silahlar da daxil olmaqla, vasitələrə malik olduqda sülh danışıqlarını uğurla apara bilər. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer brifinqdə məlumat verib.
“Fakt budur ki, əgər sülh danışıqları baş tutacaqsa, o zaman Ukrayna danışıqları aparmaq üçün kifayət qədər güclü olmalıdır ki, bunu etmək üçün imkanları və silahları da var”. (Tass)