Almaniyada oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsi ilə bağlı 3 mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu barədə “Der Spiegel” jurnalı Federal Cinayət İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.
Əvvəllər 2,6 min cinayət faktı qeydə alınıb, onlardan 2 mini antisemitizm zəminində törədilib.
Söhbət ilk növbədə ksenofobiyanın təzahüründən, maddi ziyandan, polisə müqavimətdən və zorakılıqdan gedir. Federal Cinayət İdarəsi bunu “yad ideologiya”ya əsaslanan “siyasi motivli” hərəkətlər hesab edir.
Oktyabrın 8-də Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya öz ərazisində İsrailin dövlət obyektlərini və yəhudi mədəniyyət və dini qurumlarını daha diqqətlə qoruyacaq. (Tass)