Almaniyanın bir neçə şəhərində Fələstin tərəfdarı olan nümayişlərdə bir neçə min insan iştirak edib. Berlində 2 minə yaxın fəal şəhərin bir neçə mərkəzi rayonlarında yürüş keçirib.
TASS müxbirinin verdiyi məlumata görə, yürüş “Qəzzada soyqırımı dayandıraq” şüarı altında keçirilib. Nümayişçilər əllərində Fələstin bayraqları, Fələstini dəstəkləyən plakatlar və pankartlar tutub, Fələstin tərəfdarı şüarlar səsləndiriblər. Bir neçə nəfər şəxsiyyətinin müəyyən edilməsi üçün polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Berlinin Kreuzberg rayonunda “Fələstinlə həmrəylik” şüarı ilə başlayan ikinci nümayiş insidentsiz keçdi. Polis 430 nəfərin iştirak etdiyini təxmin edir. İlkin olaraq aksiyaya 3 minə yaxın iştirakçının gələcəyi gözlənilirdi.
Hamburqda da “Fələstin xalqı ilə həmrəylik” şüarı altında nümayiş keçirilib. Əvvəlcə polis 350-yə yaxın iştirakçının olduğunu bildirdi. DPA agentliyinin məlumatına görə , nümayişə təxminən 1 min adam qatılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyi kimi, heç bir insident qeydə alınmayıb. Şimali Reyn-Vestfaliyada insanlar Fələstin tərəfdarı olan bir neçə kiçik nümayişlərdə küçələrə çıxıb. Düsseldorfda belə bir tədbirdə 200-ə yaxın insan iştirak edib. Köln, Bielefeld və Dortmundda da mitinqlər planlaşdırılıb.
Oktyabrın 8-də kansler Olaf Şolz bildirib ki, Almaniya öz ərazisində İsrailin dövlət obyektlərini və yəhudi mədəniyyət və dini qurumlarını daha diqqətlə qoruyacaq. (Tass)