Almaniyanın keçmiş prezidenti Horst Köhler (2004-2010-cu illərdə vəzifədə olub) 81 yaşında vəfat edib. Bu barədə Almaniya prezidentinin kansleri məlumat yayıb.
Köhler qısa, lakin ağır xəstəlikdən sonra fevralın 1-də səhər tezdən Berlində ailəsinin əhatəsində ölüb. Almaniya prezidenti Frank-Valter Ştaynmayer mərhumun həyat yoldaşına başsağlığı verib, Köhlerin “ölkəyə çox şey verdiyini” qeyd edib.
Almaniya kansleri Olaf Şolz da Köhlerin ölümünə münasibət bildirib. “Keçmiş Federal Prezident Horst Köhlerin ölümü ilə Almaniya həyatını daha ədalətli dünya qurmağa həsr etmiş fədakar siyasətçini itirdi” deyə X-də yazıb. (Tass)