Almaniyanın qərbindəki Axen şəhərində naməlum şəxslər inzibati binanın qarşısındakı İsrail bayrağını söküb yandırıblar. Bu barədə “Aachener Zeitung” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, binada işləyən işçilər yerli vaxtla səhər saat 07:00 radələrində yanmış bayrağı aşkar ediblər və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Yerli polis qəzetə Almaniya Dövlət Təhlükəsizlik Xidmətinin insidentlə bağlı araşdırmaya başladığını təsdiqləyib. Polisin məlumatına görə, bu, regionda indiyədək yeganə belə hadisədir.
Bundan əvvəl Deutsche Presse-Agentur (DPA) Almaniyanın qərbindəki Saarbrüken şəhərinin mərkəzində Fələstin bayraqları ilə bağlı insident barədə məlumat vermişdi. Orada bazar günü axşam saatlarında naməlum şəxslər nasizm qurbanlarına həsr olunmuş xatirə daşına Fələstin bayrağı çəkiblər. Yerli polisin məlumatına görə, bununla bağlı araşdırma aparılır. Bundan əlavə, şəhərin avtobus dayanacaqlarından birində iki Fələstin bayrağı çəkilib və insident də araşdırılır. (Tass)