Avqust 22, 2025-15:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayişi olunub

2025:06:25 - 10:57
in MƏDƏNİYYƏT
A A

Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatları laureatı, “Şərəf” və “Şöhrət” ordenli Amaliya Pənahovanın anadan olmasının 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub.

Teatrından AZƏRTAC-a bildirilib ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən nümayişdə Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov, Xalq artisti Xalidə Quliyeva, eləcə də digər tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani Amaliya Pənahovanın yaradıcılığından, vətənpərvərliyindən, yaratdığı Bakı Bələdiyyə Teatrının Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazmasından bəhs edib.

Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov çıxışında aktrisanın Azərbaycanda teatr və kino sahələrinin inkişafına göstərdiyi xidmətlərdən danışıb.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bir şair olaraq Amaliya xanım haqqında poetik dildə öz fikirlərini səsləndirib və sözləri özünə aid olan, aktrisanın sevdiyi “Xatirədir” şeirini onun xatirəsinə ərməğan edib.

Daha sonra səhnə əsəri geniş tamaşaçı auditoriyasına təqdim olunub.

Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətli əsərlərdən biri hesab olunur. Əsərdə olduğu kimi, tamaşada da dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulub.

Pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyniadlı tamaşada Natəvan obrazını Amaliya Pənahova yaradıb.

Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılıb.

Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak edib və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır.

Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları teatrın aktyorları canlandırıblar.

Sonda görkəmli aktrisa Amaliya Pənahovanın yaratdığı Xurşidbanu Natəvan obrazından son səhnəcik nümayiş olunub.

Əvvəlki Yazı

Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib

Növbəti Yazı

Xalq artisti Həsən Seyidbəylinin vəfatından 45 il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.