Avqust 21, 2025-19:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AMB: ANİpay üzərindən yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

2025:06:23 - 10:14
in İQTİSADİYYAT
A A

Azərbaycanda Ani Ödənişlər Sisteminin (AÖS) mobil tətbiqi olan ANİpay üzərindən yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, bu addım ödəniş xidməti təchizatçılarının (ÖXT) AÖS xidmətlərindən daha aktiv istifadəsini təşviq etmək məqsədi daşıyır.

Mobil tətbiq vasitəsilə əvvəllər qeydiyyatdan keçmiş istifadəçilər ANİpay üzərindən ödənişlər və Açıq Bankçılıq xidmətlərindən istifadəyə davam edə bilərlər. Yeni istifadəçilər isə qeydiyyat və ödənişləri yalnız ödəniş xidməti təchizatçılarının bu sistemə inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə biləcəklər.

AMB qeyd edib ki, qurum öz mandatına uyğun olaraq nağdsız ödənişlərin inkişafı, operatoru olduğu ödəniş sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. AÖS-ün ilkin mərhələdə ölkə bazarında alternativinin olmaması və funksionallığının yeni olması nəzərə alınaraq ANİpay mobil tətbiqi və internet səhifəsi hazırlanaraq istifadəçilərə təqdim olunub. Həmçinin ilk dəfə olaraq Açıq Bankçılıq həlli də bu tətbiq üzərindən istifadəyə verilib. Görülmüş işlər nəticəsində AÖS-ün əhatə dairəsi genişlənib və ödəniş xidməti təchizatçıları sistemə inteqrasiya olunub. Əsas hədəf infrastruktur quruculuğu olduğundan xidmətlərin son istifadəçilərə birbaşa deyil, ÖXT-lər vasitəsilə təqdim edilməsi daha məqsədəuyğun sayılıb. ANİpay tətbiqində və AÖS-ün fəaliyyətində hər hansı dayanma və ya texniki problem müşahidə edilmir. Sadəcə olaraq, yeni istifadəçilərin ANİpay tətbiqi üzərindən qeydiyyatına müvəqqəti fasilə verilib.

Ölkə Prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində AMB-nin yaratdığı AÖS 2020-ci il oktyabrın 1-dən real rejimdə istismara verilib. Bu sistem vasitəsilə fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları arasında ödənişlər 24/7/365 rejimində, sadələşdirilmiş identifikatorlar (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) vasitəsilə həyata keçirilir və vəsait dərhal təyinat üzrə bank hesabında əks olunur.

Əvvəlki Yazı

Azərbaycan 28 universiteti ilk dəfə “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub

Növbəti Yazı

Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.