İyun 17, 2025-15:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib

2025:05:19 - 11:05
in İQTİSADİYYAT
A A

Azərbaycan Mərkəzi Bankı (AMB) ictimaiyyəti əsas statistik göstəricilər və analitik icmallarla operativ qaydada təmin etmək məqsədilə yeni “İnteraktiv statistik məlumat bazası” (Naviqasiya) yaradıb.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni naviqasiya sistemi daxili və xarici istifadəçilərin kritik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə 2 dildə (Azərbaycan və İngilis dilləri), funksional və müasir interfeysdə hazırlanıb. Hazırda Naviqasiya ana səhifə və 5 fərqli bölmədən (Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası) ibarətdir. Hər bir bölmə üzrə məlumat tutumlu lövhələr, qrafiklər və cədvəllər yer almaqdadır. Bununla yanaşı, Naviqasiya sistemində ana səhifədə xüsusi “Dinamik xəritə” bölməsi yaradılıbdır ki, bu bölmədə hər bir şəhər (rayon) üzrə ən vacib maliyyə göstəricilərini təhlil etmək mümkündür.

Bu təşəbbüs elmi-tədqiqat işlərinin aparılması, proqnozlaşdırma, analitik arayışların hazırlanması və s. kimi məqsədlər üçün məlumat bazası rolunda çıxış edəcək. Növbəti dövrlərdə zərurət olduqca Naviqasiya sisteminin əhatəliliyinin artırılması imkanlarına da baxılacaq.

“İnteraktiv statistik məlumat bazası” Mərkəzi Bankın rəsmi internet səhifəsində Statistika bölməsinə inteqrasiya edilib.

“İnteraktiv statistik məlumat bazası”na bu keçid vasitəsilə daxil olmaq mümkündür.

Əvvəlki Yazı

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Növbəti Yazı

KTMT baş katibi: Rusiya ilə ABŞ arasında dialoq gərginliyin azaldılmasına kömək edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.