Aparılan sorğulara əsasən, 2024-cü ilin IV rübü üzrə istehlak kreditlərinə tələbin artmasında rəqəmsallaşma əsas amil kimi qeyd edilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.
“AMB maliyyə əhatəliliyinin artırılması ilə yanaşı ödəniş sistemləri mühitinin formalaşmasına da diqqət yetirir. Bu sahədə, ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı qanunvericiliyi qeyd etmək olar. Bu sahədə fəaliyyət göstərən təşkilatların lisenziyalaşdırılmasına başlanılıb ki, bu da inküzivlik üçün böyük əhəmiyyət kəsb edir” – deyə o qeyd edib.