İyun 28, 2025-22:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AMEA Mərkəzi Kitabxanasında “Qızılbaş ensiklopediyası”nın təqdimatı keçirilib

2024:12:25 - 12:25
in SOSİAL
A A

“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabı təqdim edilib.

“Report” xəbər verir ki, iki cildlik ensiklopediyanın təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilib.

Öncə qızılbaşlığın Azərbaycan tarixində rolu haqqında qısa sənədli film, daha sonra Şah İsmayıl Səfəvinin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə müraciət videosu nümayiş etdirilib.

Azərbaycanın elm, eləcə də ictimai sektor nümayəndələrinin iştirak etdiyi təqdimatda AMEA prezidenti akademik İsa Həbibbəyli, ABİA idarə heyətinin sədri Elçin Əsgərov, AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşıırıqlar üzrə səfiri Elşad İskəndərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və başqaları çıxış edərək, ensiklopediya ilə bağlı öz təəssüratlarını, Qızılbaşlığın Azərbaycanın dövlətçilik tarixində, milli kimliyinin formalaşmasında və mədəni intibahında rolu haqda düşüncələrini bölüşüblər.

Çıxışçılar gələcəyə qalibiyyətlə getmək üçün tarixi dəyər və ənənələrə bağlı olmağın, milli kimliyimizin vacib məqamlarını yaşatmağın əhəmiyyətini qeyd ediblər.

“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi adlar” ensiklopediyası ABİA-nın təşkilatçılığı, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dəstəyi ilə bir il ərzində ərsəyə gəlib və Şah İsmayıl Səfəvinin xatirəsinin 500 illiyinə həsr olunub.

Əvvəlki Yazı

Qarabağ Dirçəliş Fondu gələn il azad olunan ərazilərə 100 milyon manatdan çox vəsait ayırmağa hazırdır

Növbəti Yazı

İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.