İyun 23, 2025-0:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AMEA-nın Tarix İnstitutunun adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb

2023:11:29 - 14:22
in SOSİAL
A A

Son dövrlər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi müəssisələrin strukturunun təkmilləşdirilməsi sahəsində kompleks tədbirlər təşkil edir. Bu tədbirlərdə əsas məqsəd optimal elmi-təşkilati modellərin yaradılması, onlar arasında qarşılıqlı əlaqə mexanizmlərinin qurulması ilə elmin bu və ya digər sahəsində aparılan tədqiqatların səmərəliliyinin artırılmasıdır. Bu məqsədə nail olmaq üçün əsas metodoloji meyar elmi problem və istiqamətlərlə məsul elmi struktur qurumlar arasında funksional əlaqələrin müasir dünya elminin çağırışları baxımından yenidən uyğunlaşdırılması təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında məsələyə münasibət bildirərkən deyib.

AMEA rəhbəri qeyd edib ki, hazırda müasir dövrün çağırışlarına uyğun olaraq ictimai və humanitar elmlərin dünya elmindəki akademik fənn təsnifatına uyğun olaraq, tarixi tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin, məişətinin tarixi aspektdən kompleks tədqiqinin daha sistemli təşkil edilməsi həm elmi, həm də ictimai baxımdan xüsusi əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəylinin sözlərinə görə, etnoqrafiyanın ümumi elmi problematikasına uyğun olaraq, Azərbaycan xalqının və digər xalqların məişət və mədəniyyətinin, adət-ənənələrinin, etnik birliklərin yаrаnmаsı və inkişafının, onların yayılması və qarşılıqlı mədəni əlaqələrinin tarixi aspektdən araşdırılması zamanı hər hansı bir xalqın tarixi və mədəniyyəti haqqında tam elmi mənzərənin əldə edilməsi mümkündür: “Bu baxımdan Azərbaycan xalqının tarixi və etnologiyası sahəsində fundamental tədqiqatların birgə olaraq hərtərəfli inkişafı, tarixşünaslığın, tarixi demoqrafiyanın, mənbəşünaslığın, arxivşünaslığın, mədəniyyət və tarixi etnososiologiyanın aktual problemlərinin vahid elmi kontekstdə öyrənilməsi, yeni dövrləşdirmə konsepsiyası əsasında Azərbaycan çoxcildliyinin hazırlanması, son nəticədə Azərbaycan xalqının yeni tarix şüurunun formalaşdırılması konsepsiyasının işlənib hazırlanması qarşıda duran əsas vəzifələrdəndir”.

AMEA prezidenti diqqətə çatdırıb ki, tarixi Azərbaycan torpaqlarının, xüsusən Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi və mədəni özəllikləri baxımından bu ərazilərin Azərbaycana məxsusluğunun elmi sübutu üçün tarixi və etnoqrafik tədqiqatların birgə öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.

İsa Həbibbəyli bu istiqamətdə dünyanın qabaqcıl tarixçi və etnoqraf alimləri ilə aparılan müzakirələrin nəticələrini, həmçinin beynəlxalq akademik qurumların təcrübələrini nəzərə alaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələrinin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturuna keçirildiyini söyləyib. Qeyd edib ki, nəticədə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu kimi mövcud olmuş bu elmi müəssisənin bundan sonra A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması zərurəti meydana çıxıb.

Alim sözügedən məsələnin Tarix İnstitutunun Elmi şurasında, AMEA-nın İctimai Elmlər Bölməsində və nəhayət, AMEA-nın Rəyasət Heyətində müzakirə olunduqdan sonra Ümumi yığıncağın müzakirəsinə çıxarıldığını bildirib.

Ümumi yığıncaqda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib

Növbəti Yazı

BDU-da neftlə çirklənmiş suların nar qabığı ilə təmizlənməsinə dair araşdırma aparılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.