İyun 17, 2025-2:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

2024:05:10 - 16:54
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzində ABŞ-dan olan mütəxəssis Linkoln Nemetz-Karlsonun “Vadim Şulqin: Bakıda sovet modernizmi, 1955-1974” adlı sərgisi açılıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Fulbright” proqramı çərçivəsində universitetdə tədqiqat aparan xarici mütəxəssisin sərgisinin açılışında beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Mühit dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, Qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və müəllim-tələbə heyəti iştirak edib.

Sərgidə amerikalı mütəxəssisin elmi araşdırmalarının nəticəsi olan Vadim Şulqinin yaratdığı memarlıq nümunələrindən fotolar, həcmli modellər, eləcə də həyat və yaradıcılığını əks etdirən məlumatlar öz əksini tapıb.

Qeyd olunub ki, memar Vadim Şulqin layihələndirmələrində əsasən quruluşun orijinallığına fikir verir, ideyanı, sadəcə olaraq yenidən işləmir, ona zəriflik və üslub əlavə edirdi. Onun modernist üslubda layihələndirdiyi işlər arasında Bakıda bu günə kimi möhtəşəmliyini qoruyan “Mirvari” kafesi, Heydər Əliyev Sarayı və digər memarlıq nümunələri yer alır.

Nümayiş olunan materiallar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, amerikalı mütəxəssis Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasında “1970-1980-ci illərdə Azərbaycanda layihələndirilmiş və tikilmiş modernist ictimai memarlıq” mövzusunda tədqiqat işləri aparır. Onun tədqiqat işində gəldiyi nəticələri özündə əks etdirən və ilk dəfə AzMİU-da təşkil olunan bu sərgi universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Əvvəlki Yazı

Kolumbiya prezidenti Netanyahunun həbsinə order verilməsini istəyib

Növbəti Yazı

Alzheimer xəstəliyi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.