Amerikalı senator Ted Kruz (Texasdan olan respublikaçı) NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə ona deyib ki, ABŞ-da “çoxları” Ukraynanın alyansa qoşulması ideyasını ciddi səhv hesab edir. Bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, iyunun 18-də Stoltenberq ilə Senatın Xarici Əlaqələr Komitəsinin nümayəndələri arasında görüş zamanı amerikalı qanunverici baş katibin çıxışını kəsərək bildirib ki, bütün NATO üzvü olan ölkələr, o cümlədən ABŞ Kiyevin istəklərini dəstəkləyir. “Mən ona real mənzərəni çatdırdım ki, bir çox amerikalılar, o cümlədən mən də Ukraynanın NATO-ya üzvlüyünün ciddi səhv olacağına inanır”, Kruz Politico-ya deyib.
Amerikalı senator onu da əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra Ağ Evə qayıdarsa, onun Ukraynanın alyansa daxil olmasını dəstəkləməsi “çox çətin”dir. (Tass)