Fələstinin radikal HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan Yaxın Şərqdə davam edən münaqişənin yeni əraziləri əhatə edə biləcəyini istisna etmir.
O, İtaliyanın La Repubblicaqəzetinə müsahibəsində deyib: “Bunun baş verməsi üçün real ehtimal var. Amerika müharibə istəyir” . “Amerikalılar HƏMAS-a qarşı hücumlara qoşulsalar, bu cavabsız qalmayacaq”, – Həmdan söz verib.
“Düşünürəm ki, əsirlərin mübadiləsi yalnız İsrail hücumlarını dayandırdıqdan sonra mümkün olacaq. Biz atəş altında danışıqlar aparmayacağıq”, – o, Həmas-ın girovların azad edilməsi ilə bağlı dialoqa hazır olub-olmadığı sualına cavab verib.
Həmdan həmçinin İranın “dəstəklərini yeni səviyyəyə qaldırdığını” iddia edib. (Tass)