Livanın şiə Hizbullah partiyasının lideri Şeyx Həsən Nəsrullah bildirib ki, onun rəhbərlik etdiyi struktur Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda bütün variantları nəzərdən keçirir. O, Livanın cənubunda İsrail qüvvələrinə qarşı vuruşan İslam müqavimət döyüşçülərinə dəstək məqsədilə Beyrutda keçirilən kütləvi mitinqdə televiziya ilə çıxış edib.
“Bütün variantlar masadadır və biz onlara istənilən vaxt keçə bilərik. Biz hamımız istənilən imkanlara və variantlara hazır olmalıyıq” deyən siyasətçi vurğulayıb .
“Cənubda əməliyyatlarımızı davam etdirəcəyiksə (Hizbullahın İsrailə qarşı əməliyyatları – TASS qeydi) ABŞ-ın İranı bombalayacağına dair mesajlar almışıq. Bu təhdidlər bizi qorxutmayacaq və sizə bildiririk ki, donanmalarınıza hazırıq. Siz bizi hədələyirsiniz,” Nəsrullah işarə etdi, “Amerikalılara deyirəm: 1980-ci illərin əvvəllərində sizi məğlub edənlər hələ də sağdırlar”.