Mart 6, 2026-22:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Amin Məmmədov: Ermənistan hökuməti dağ-mədən fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatlarının açıqlanmasını tələb etmir

2024:09:12 - 12:57
in SOSİAL
A A

2024-cü ilin may ayında “Environmental Protection First” (EPF) Koalisiyasının üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyəti erməni, ingilis və Azərbaycan dillərində hazırladığı Ermənistanın dağ-mədən sənayesi xəritəsini ictimaiyyətə təqdim edib. Bütün fəaliyyətlərə və etirazlara baxmayaraq, Ermənistan hökuməti hələ də xarici investor şirkətlərin Ermənistan ərazisində dağ-mədən fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının nə Ermənistan ictimaiyyətinə, nə də qonşu ölkələrə təqdim olunmasını tələb etmir.

AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə deyib.

A.Məmmədov bildirib ki, Ermənistan ictimaiyyətin məlumata əlçatanlığını təmin etməsini tələb edən və qoşulduğu Orxus Konvensiyasının, həmçinin transsərhəd bölgələrdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsini tələb edən Espo Konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir: “Bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar bildirilib. Biz həmin ərazilərdə monitorinqin keçirilməsini tələb edirik. Həmin monitorinqlərə azərbaycanlı ekspertlər də cəlb olunmalıdır”.

Ermənistanın Cənubi Qafqazın ekologiyasına vurduğu ziyanla bağlı Azərbaycan vətəndaş cəmiyyətləri tərəfindən açılan cəbhənin gücləndirildiyini vurğulayan həmtəsisçi qeyd edib ki, bu məsələləri bütün beynəlxalq tribunalarda qaldırırlar.

“Ermənistanın Qafqaz regionuna vurduğu zərərin miqyasını dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri bu məsələdə geri çəkilmək niyyətində deyil və sonadək mübarizəmizi davam etdirəcəyik. Həmçinin qeyd edim ki, Ermənistan minalarla bağlı ərazilərimizə kifayət qədər zərbə vurub. Bu da köçkünlərin öz torpaqlarına vaxtında qayıtması imkanlarını məhdudlaşdırır”, – deyə A. Məmmədov diqqətə çatdırıb.

Əvvəlki Yazı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək

Növbəti Yazı

EPF Koalisiyasının eksperti: Ermənistanda qanunların icrası sahəsindəki boşluqlar böyük ekoloji fəsadlara gətirib çıxara bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.