İyun 27, 2025-6:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır

2024:07:31 - 14:05
in SOSİAL
A A

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil həm də hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Könül Həsənova məlumat verib. O qeyd edib ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini qətiyyətlə qorudu. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda səfərbər etdi. Dahi rəhbər Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlayırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirən Ümummilli Lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarıb.

Ulu Öndərin 2001-ci il iyun ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Həmin Fərmanın imzalanması ilə bütün dövlət və qeyri-hökumət təşkilatlarında, həyatımızın bütün sahələrində dövlət dilinin işlək vəziyyətə gətirilməsi təmin edildi. Bununla yanaşı, həmin Fərman dövlət dilinin problemlərinin həlli, bu məsələlərin elmi tədqiqata cəlb edilməsi üçün Azərbaycan dilçilik məktəbinin qarşısında yeni vəzifələr qoydu.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” idi. Bu ali dövlət sənədinə əsasən, ölkəmizdə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev dövlət dili siyasətini uğurla həyata keçirir. Prezident İlham Əliyevin dilimizin inkişafı və qorunması üçün qanunvericilik bazasını möhkəmləndirməsi xalqa, onun maddi-mənəvi tarixinə, bu tarixin məcmusu hesab edilən dilimizə münasibətindən qaynaqlanır.

Ölkə rəhbərinin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi gücləndirən əhəmiyyətli amildir. Bu baxımdan, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir. Digər tərəfdən, bu Fərman Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsinə, mövcud nöqsanların və pozuntuların aradan qaldırılmasına xidmət edir. Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına Azərbaycan Prezidenti tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Əvvəlki Yazı

BDU “Orhun” mübadilə proqramı çərçivəsində əlaqələri genişləndirir

Növbəti Yazı

ATBA tələbələri COP29 tədbirləri ilə bağlı Ədəbiyyat Muzeyində təcrübə keçiblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.