İyun 19, 2025-2:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ANAMA Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim və peşə kursları təşkil edib

2025:04:23 - 16:55
in SOSİAL
A A

İşğaldan azad edilmiş ərazilərdə vətəndaşların işlə təmin edilməsi və regionun sosial-iqtisadi inkişafına dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında faydalı əməkdaşlıq mövcuddur.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib. Keçirilən nəzəri və praktiki təlimlərin əsas məqsədi təlimlərə cəlb edilmiş müdavimlərə humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqların öyrədilməsidir.

Təlimlərlə birgə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində müdavimlərə “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” mövzusu üzrə hazırlıq kursları da təşkil edilib.

ANAMA-nın Qubadlı mobil bazasında Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin nümayəndələrinin iştirakı ilə təşkil edilən təlim və kurslarda müdavimlərə ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, texniki təhlükəsizlik qaydaları kimi biliklər paylaşılıb.

Təlim və kursları müvəffəqiyyətlə bitirən 137 nəfərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, həmin şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.

Əvvəlki Yazı

İordaniyanın Daxili İşlər Nazirliyi “Müsəlman Qardaşlar” islamçı hərəkatını ləğv etdiyini açıqlayıb

Növbəti Yazı

Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.