Avqust 25, 2025-2:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Anar Axundov: “Maliyyə cinayətləri təkcə iqtisadi deyil, milli təhlükəsizlik üçün də təhdiddir”

2025:05:23 - 11:12
in İQTİSADİYYAT
A A

Maliyyə cinayətləri, xüsusilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi təkcə iqtisadi sabitliyə deyil, həm də ictimai və milli təhlükəsizliyə ciddi təhdidlər yaradır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda bildirib.

Nazir müavini qeyd edib ki, bu təhdidlərin qarşısının alınması yalnız effektiv milli nəzarət mexanizmləri ilə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkündür:

“Azərbaycan hökuməti bu istiqamətdə mütərəqqi islahatlar həyata keçirməklə yanaşı, FATF və MONEYVAL kimi nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Eyni zamanda, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl addımlar atılır”.

A. Axundov bildirib ki, rəqəmsal texnologiyaların və süni intellektin imkanlarından istifadə etməklə risk əsaslı nəzarət sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir:

“İqtisadiyyat Nazirliyi olaraq kölgə iqtisadiyyatının miqyasının azaldılması, qeyri-rəsmi dövriyyələrin şəffaf iqtisadi mühitə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçiririk”.

O vurğulayıb ki, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısının alınması hökumətin prioritet istiqamətlərindəndir: “Bu tədbir məhz bu istiqamətdə səyləri birləşdirmək, beynəlxalq təcrübəni bölüşmək və qarşılıqlı etimadı möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır”.

Əvvəlki Yazı

İlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib

Növbəti Yazı

Baş direktor: “Mərkəzi Bank qiymətli kağızlar haqqında qanunvericiliklə bağlı irimiqyaslı layihəyə başlayır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.