Sentyabr 13, 2025-19:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Anar Bağırov: Türkmənistan ilk dəfə Türk dünyası Vəkillər kollegiyaları rəhbərlərinin görüşünə qatılıb

2024:05:23 - 15:10
in SİYASƏT
A A

Türkmənistanın ilk dəfə Türk dünyası Vəkillər kollegiyaları rəhbərlərinin görüşünə qatılması böyük uğurdur.

“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər TÜRK-AV-ın yaradılması, onun fəaliyyəti və iştirak etdikləri toplantılarda bir çox planları olub, lakin müəyyən səbəblərə görə həmin planları həyata keçirə bilməyiblər.

“TÜRK-AV çox geniş bir format idi. Burada tək türk dilində danışan ölkələr deyildi, başqa dövlətlər də iştirak edirdi. Təbii ki, bu cür təşkilatın yaradılması asan deyildi, çətinliklər də yaranırdı. Ancaq çox sevinirəm ki, Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəylə birgə apardığımız razılıq əsasında bugünkü zirvə toplantısı baş tutdu. İlk dəfə olaraq bütün Türk dünyasının Vəkillər kollegiyalarının rəhbərləri bu görüşə qoşuldu. Fürsətdən istifadə edib bütün həmkarlarıma öz adımdan, Azərbaycan vəkil korpusu adından dərin minnətdarlığımı bildirirəm. Böyük uğurumuz isə türkmənistanlı həmkarlarımızın da ilk dəfə görüşə qatılmasıdır. Məlum olduğu kimi, bizi birləşdirən bir çox dəyərlər var. Bu gün həm tarixi, həm mədəni, həm də iqtisadi dəyərlər bizi birləşdirir”.

A.Bağırov bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu və bir milyona yaxın qaçqın, məcburi köçkünlər öz ata-baba yurdlarından didərgin düşmüşdülər:

“BMT-nin çıxardığı qətnamələr icra olunmurdu. Vətən müharibəsi zamanı ərazilərimizi düşməndən azad etdik. Hazırda Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır. Bunların hamısı asan yolla olmadı, biz çox əziyyətlər çəkdik, İnsanlarımızın haqları pozuldu. Ancaq bizə ən böyük dəstək göstərən kim oldu? Əlbəttə, Türkiyə dövləti! Biz isə bunu heç vaxt unutmayacağıq. Bu bizim tariximizdə əbədi olaraq qalacaq. Dostluğumuz sözdə yox, əməldə öz təsdiqini tapdı”.

Əvvəlki Yazı

Bayden Keniyanı NATO-dan kənar ABŞ-ın əsas müttəfiqləri sırasına daxil etmək planları barədə Konqresə məlumat verəcək

Növbəti Yazı

Şuşanın iki məktəbi Xocalının tabeliyinə verilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.