Aprelin 15-də, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvarda bu şəhərdən, eləcə də Şirvan şəhəri, Hacıqabul, Cəlilabad, Salyan, və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək.
“Report” bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
