Amerikalı aktrisa və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzada Cibaliya Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya verib və atəşkəsə çağırıb.
Dünya şöhrətli aktrisa şəxsi Instagram hesabında hücumdan sonra qaçqın düşərgəsinin görüntülərini paylaşaraq, “Bu, qaçmağa yeri olmayan, tələyə düşmüş bir cəmiyyətə qəsdən edilən hücumdur” deyib.
Ancelina Coli Qəzzanın son 20 ildə açıq həbsxana olduğunu və bu gün sürətlə kütləvi məzarlığa çevrildiyini vurğulayaraq, “Dünya baş verənləri seyr edərkən və bir çox dövlətin aktiv dəstəyi ilə milyonlarla Fələstinli mülki vətəndaşın cənginə alması təhlükəsi var. Beynəlxalq hüquqa zidd olaraq qidadan, dərmandan və humanitar yardımdan məhrum edilirlər.” Onlar kütləvi şəkildə cəzalandırılır və insanlıqdan məhrum edilirlər.” qiymətləndirməsini edib.
Tərəfləri atəşkəsə çağıran Coli, “Humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar” – deyə o bildirib. (TRT Haber)