ABŞ Nümayəndələr Palatasının Nyu Cersidən olan demokrat üzvü Endi Kim Koreya əsilli ilk senator olacaq. Bu barədə Associated Press (AP) məlumat yayıb.
Noyabrın 5-də keçirilən səsvermədə o, mandatı qazanıb. Əvvəllər Nyu Cersidən olan senator korrupsiya işində təqsirli bilinən və Misir və Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləyən Robert Menendez idi. Menendez avqustun 20-də məhkəmə prosesləri səbəbindən vəzifəsini tərk etdiyi üçün Kimin yeni vəzifəsinin digər senatorlardan daha tez başlayacağı gözlənilir.
Barak Obama administrasiyasında Kim milli təhlükəsizlik üzrə köməkçi vəzifəsində çalışıb. O, ilk dəfə 2018-ci ildə Konqresə seçilib. (Tass)