Ankara Baş Prokurorluğu paytaxtda Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.
“Ankara Baş Prokurorluğu 2023-cü il oktyabrın 1-də Təhlükəsizlik Baş İdarəsinin (DİN) giriş qapısında törədilən terror aktı ilə bağlı istintaqa başlayıb”, – prokurorluğun açıqlamasında bildirilir.
Bundan əlavə, Ankaranın növbətçi cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Bu, terror hücumları və ya təhlükəsizlik insidentləri zamanı standart təcrübədir. Qadağa istintaqın təfərrüatlarının, istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir. (Tass)