Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında Qəzzalıların Türkiyəyə köçürülməsi ilə bağlı danışıqlar zamanı əldə olunduğu iddia edilən razılaşma ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib. Bu barədə mərkəzin X sosial şəbəkəsində (keçmiş Twitter) məlumatında deyilir.
“Sosial şəbəkələrdə bəzi hesablarda Antoni Blinkenin Türkiyəyə köçürüləcəyi güman edilən qəzzalıların təxliyyəsi ilə bağlı Hakan Fidanla razılaşdığına dair iddialar doğru deyil. Xarici işlər naziri Fidan və amerikalı həmkarı Blinken arasında keçirilən görüşdə mülki əhalinin Türkiyəyə köçürülməsi məsələsi heç bir şəkildə gündəmə gətirilməyib”, – mesajda deyilir.
“Hurriyet” qəzeti daha əvvəl xəbər vermişdi ki, Blinken bazar ertəsi Ankarada Fidanla danışıqlar zamanı sakinlərin Qəzza zolağından tam təxliyəsi üçün planların olmadığını, lakin hərbi əməliyyatlarda bir növ fasilənin müzakirə oluna biləcəyini deyib. (Tass)