TASS-ın hadisə yerindən müxbiri xəbər verir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Türkiyə paytaxtının mərkəzində Fələstinə dəstək aksiyası keçirilib.
Fələstinlilərə dəstək olmaq istəyənlər Fələstin Həmrəylik Platformasının təşəbbüsü ilə Bakı vaxtı ilə saat 14:00-da Kocatəpə məscidi yaxınlığında toplaşıblar. Mitinqdə bir neçə yüz nəfər iştirak edib. Çoxları Türkiyə və Fələstin bayraqları ilə gəlib.
Etirazçılar İsrail əleyhinə şüarlar səsləndirib və beynəlxalq ictimaiyyəti Fələstin vətəndaşlarını dəstəkləməyə çağırıblar.