Anqolanın şərqində hökumət əleyhinə nümayişlər zamanı azı 132 nəfər saxlanılıb. Bu barədə Anqolanın O Pais qəzeti məlumat yayıb.
Nümayiş oktyabrın 8-də səhər saatlarında Katoka almaz mədəninin yerləşdiyi Lunda Sul əyalətində keçirilib. AFP-nin məlumatına görə , etirazlar yaşayış qiymətlərinin artması ilə əlaqədar olub.
O Pais xəbər verir ki, etirazçılar avtomobillərin və piyadaların hərəkətinə mane olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz, rezin güllələr və digər vasitələrdən istifadə ediblər. Polisin məlumatına görə, 132 nəfər saxlanılıb, onlardan heç biri xəsarət almayıb. (Tass)