Sentyabr 8, 2025-2:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib

2024:09:05 - 13:46
in MƏDƏNİYYƏT
A A

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə inşa edilən və 2023-cü ildə açılışı olan Antalya Mərkəzi Kitabxanası bu sahə üzrə regionunun ən böyük məkanına sahibdir. Bir milyon kitab fonduna və 2500 nəfərə xidmət göstərmək imkanlarına malik, müasir kitabxana-informasiya konseptinə uyğun qurulan məkan şəhərin tələbələrin daha çox məskunlaşdığı Akdeniz Universitetinin yaxınlığında yerləşir.AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində bölgənin ən böyük elm, informasiya mərkəzi olan Antalya Kitabxanasını ziyarət edib, kitabxananın direktoru Oğuzhan Ceylanla görüşüb.Toplantıda Antalya Böyükşəhər Bələdiyyəsinin sədr müavini Evrim Yalçın, şəhərdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin müdiri Azər İsmayıl və Azərbaycan nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər. Tərəflər Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulması, iki tərəf arasında “qardaşlaşmış kitabxanalar” layihəsinin reallaşdırılması, qarşılıqlı səfərlərinin təşkili, birgə layihələrin həyata keçirilməsi, Antalya kitabxanasında “Azərbaycan fondu”nun, “Türk dünyası guşəsi”nin yaradılması, Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə ilin bir gününün Azərbaycana həsr olunması barədə danışıblar.Görüşdə, həmçinin kitabxanada “Azərbaycan günü”nün keçirilməsi, Azərbaycan yazarları ilə görüşlərin və onların əsərlərinin təqdimatlarının təşkili və bu kimi digər məsələlər müzakirə olunub, razılıqlar əldə edilib. Toplantıda Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti və ədəbiyyatına dair Azərbaycan və türk dillərində nəşrlər Antalya Kitabxanasına hədiyyə edilib.Görüşdə bildirilib ki, Antalya şəhərində Kəpəz Bələdiyyəsi sisteminə aid edilən kitabxanada əhalinin bütün təbəqələri, həmçinin fiziki qüsurlu insanlara da xidmət edilir.Qeyd edək ki, Antalya kitabxanası ilin 365 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Əvvəlki Yazı

Şəkidə sikkələrin oğurlanması nəticəsində ərazi dağıdılıb, abidənin bütövlüyü pozulub

Növbəti Yazı

İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib, rüşvətdə ittiham olunur – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.