Avqust 12, 2025-7:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib

2025:04:13 - 12:24
in SOSİAL
A A

IV Antalya Diplomatiya Forumunda (ADF2025) “Yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi” mövzusu müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı iştirak ediblər.

Tədbirdə çıxış edən Murat Kurum dünyanı ekoloji baxımdan çirkləndirən ölkələr arasında Türkiyənin olmadığını bildirib.

Nazir deyib ki, Türkiyə dəyişən geosiyasi və iqtisadi dinamika şəraitində qlobal enerji keçidinin idarə edilməsində iqlim diplomatiyasının kritik rolunu öyrənir.

COP29-un iqlim dəyişikliyi üzrə mübarizələrə stimul verdiyini qeyd edən Muxtar Babayev hazırda dünyada bu istiqamətdə başladılan fəaliyyətləri Bakıda iqlim dəyişikliyi ilə bağlı aparılan əhatəli müzakirələrin davamı kimi dəyərləndirib.

Muxtar Babayev Türkiyənin COP31-ə ev sahibliyi etməsi ilə bağlı namizədliyini də bu, müsbət dinamikanın davamı kimi qiymətləndirib.

Paneldə enerji təhlükəsizliyi, dünyadakı buna bağlı geosiyasi vəziyyət, iqlim dəyişikliyi, yaşıl enerji, enerji keçidinin idarə edilməsi, iqlim diplomatiyasının əhəmiyyəti və effektiv idarəolunması, strateji perspektivlər kimi bir çox məsələ müzakirə olunub.

Əvvəlki Yazı

Belçikada təhsil alan ilk azərbaycanlı tələbə Rəşid Axundovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Növbəti Yazı

Tədqiqat: Unikal səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində yeni üfüqlər açır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.