Martın 11-də Parisdə Ukrayna üçün beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını müzakirə etmək üçün 30-dan çox ölkənin hərbi nümayəndələri iştirak edəcək. Bu barədə mənbəyə istinadən Associated Press (AP) agentliyi məlumat yayıb.
Fransa rəsmisi bildirib ki, iclasda Xorvatiya, Monteneqro və ABŞ istisna olmaqla, NATO-ya üzv olan 32 ölkənin demək olar ki, hamısının nümayəndələri iştirak edəcək. Mənbənin sözlərinə görə, Avropa ölkələri Ukraynada təhlükəsizliyin qorunması üçün məsuliyyəti öz üzərinə götürməyə qadir olduqlarını nümayiş etdirmək istədikləri üçün görüşə ABŞ dəvət edilməyib. AP yazır ki, iştirakçılar siyahısına Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyadan olan nümayəndələr də daxildir və onlar görüşdə uzaqdan iştirak edəcəklər.
Agentliyin məlumatına görə, danışıqların birinci hissəsində Fransa və Böyük Britaniyanın Ukraynaya dair planı təqdim olunacaq, bundan sonra görüş iştirakçıları təşəbbüsdə iştirakları ilə bağlı fikirlərini bildirəcəklər.
Agentlik xəbər verir ki, Fransa və Britaniya potensial atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik qüvvələrinin göndərilməsini gözləyirlər. (Tass)