Avropa İttifaqı və ABŞ Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin namizədliyini dəstəkləyəcək , “İzvestiya” Avropa Parlamentinin üzvlərinə istinadən xəbər verir.
Fransa parlamentinin deputatı Thierry Marianinin sözlərinə görə , Aİ-nin başqa bir namizədi dəstəklədiyini təsəvvür etmək onun üçün çətindir.
Almaniya parlamentinin deputatı Qunnar Bek bildirib ki, birlik çoxdan hazırkı prezidentin xeyrinə seçim edib.
“Aİ üçün Ukrayna Zelenskidir, Zelenski isə Ukraynadır” deyən o, əlavə edib ki, Qərb Ukraynanı bölünmüş siyasi liderliyə malik bölünmüş millət kimi təqdim etməkdə maraqlı deyil.(Qazeta.ru)