May 21, 2025-0:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aparat rəhbəri: “Qarabağ ermənilərinin hüquqlarının təminatı ombudsmanın diqqət mərkəzindədir”

2023:10:25 - 16:16
in SİYASƏT
A A

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin üzvləri ilə görüşüb.

Bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə Aparat rəhbəri qonaqların suallarını cavablandıraraq, ölkəmizdə dinindən, irqindən, milliyyətindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən tədbirlər, Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib, Transsərhəd əlaqələr və əməkdaşlıqla bağlı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ayrı-seçkiliklə mübarizə sahəsində Azərbaycanda və digər ölkələrdə görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın tolerant və multikultural ölkə olduğunu söyləyən Aparat rəhbəri ölkədə müxtəlif etnik azlıqların qarşılıqlı hörmət, sülh, əmin-amanlıq şəraitində yaşadığını, onların təhsil hüquqlarının təmin olunduğunu, dil, din, mədəniyyətlə bağlı ənənələrinə hörmət edildiyini və ayrı-seçkilik edilmədən hüquq və azadlıqlarının müdafiə olunduğunu bildirib.

Ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlar, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə məlumat verilib, Ombudsmanın bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını, informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirdiyi diqqətə çatdırılıb.

Çoxmillətli və çoxdinli ölkə olan Azərbaycanda hər zaman müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların dini dəyərlərinə xüsusi diqqət yetirildiyi, dini abidələrin bu günədək qorunub saxlanıldığı, bunun əksinə olaraq otuz illik işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda tarixi, dini abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdıldığı və bu faktların ölkəmizdə müstəqil araşdırma aparan beynəlxalq ekspertlər tərəfindən də qeydə alındığını qonaqların diqqətinə çatdırılıb.

A.Səfixanlı Qarabağda yaşayan erməni əsilli vətəndaşların da hüquq və azadlıqlarının təmini və müdafiəsinin Azərbaycan Ombudsmanın diqqət mərkəzində olduğunu, müvəkkilə müraciət etmək yolları ilə bağlı açıqlamalar verildiyini bildirib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb.

Əvvəlki Yazı

Qəbələdə 52 yaşlı kişi özünü güllələyərək öldürüb

Növbəti Yazı

Azərbaycanda potensiallı kritik və strateji olan metal və minerallar mövcuddur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.