Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul şikayəti üzrə qərar qəbul olunmayana qədər vəzifəsindən kənarlaşdırıla bilməz.
Bu barədə TASS-a müxalifət partiyası olan “Şor”un maliyyələşdirilməsində qanun pozuntusu ittihamı ilə avqustun 5-də Kişinyov məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilən siyasətçinin vəkili Nataliya Bayram bildirib.
“Biz məhkəmənin qərarını ədalətsiz hesab edirik və hökmə etiraz edəcəyik. Apellyasiya şikayəti üzrə qərar qəbul olunmayana qədər onun (hökm – TASS) heç bir hüquqi qüvvəsi yoxdur və Yevgeniya Qutsulu tutduğu vəzifədən kənarlaşdırmaq mümkün deyil”, – o deyib.