Aprel 1, 2026-14:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aprel döyüşləri hərbi-siyasi balansın istənilən an dəyişə biləcəyini sübut etdi 

2026:04:01 - 11:51
in SİYASƏT
A A
İşğal dövründə Ermənistan Silahlı Qüvvələri müxtəlif təxribatlar törədərək mütəmadi olaraq regionda vəziyyəti gərginləşdirirdi. Təbii ki, bütün təxribatların qarşısı vaxtında alınır və düşmən yerində oturdulurdu. On il əvvəl – 2016-cı ilin aprelində də Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı və ordumuzun bölmələri əks-həmlə ilə bu təxribatların qarşısını aldı. Aprel döyüşləri kimi tarixə düşən hərbi toqquşmalar bir neçə gün davam etdi. Azərbaycan Ordusu bir sıra strateji yüksəklikləri və mövqeləri nəzarətə götürərək cəbhə xəttində taktiki üstünlük əldə etdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Deputat bildirib ki, bu, Ermənistan ordusu haqqında illərdir formalaşan mifi dağıtdı. Ermənistanda hərbi-siyasi vəziyyət dəyişdi, ölkədaxili siyasi böhran xeyli dərinləşdi və sonrakı proseslərə ciddi təsir göstərdi. Belə ki, cəbhədə itkilər və bəzi strateji mövqelərin itirilməsi hakimiyyətə qarşı narazılığı artırdı. İnsanlar orduda korrupsiya, zəif idarəetmə və hazırlıq problemlərini daha açıq müzakirə etməyə başladılar. Kütləvi təzyiq nəticəsində Sarkisyan istefa verdi və hakimiyyət dəyişdi. Döyüşlərin əsas strateji nəticələrindən biri Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirməsi oldu. Uzun illər ərzində aparılan hərbi islahatların real nəticəsi məhz bu qısamüddətli, lakin intensiv döyüşlərdə özünü göstərdi. Bu, həm Ermənistana, həm də işğalçının havadarlarına verilmiş açıq mesaj idi. Aprel zəfərindən sonra Prezidentin də söylədiyi kimi, “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Nigar Məmmədovanın fikrincə, Aprel döyüşləri, həmçinin mövcud vəziyyətin dəyişməz olmadığını, hərbi-siyasi balansın istənilən an dəyişə biləcəyini sübut etdi.

“Əldə edilən strateji mövqelər Azərbaycana bir çox üstünlüklər qazandırdı. Məhz bu yüksəkliklər üzərində nəzarət müşahidə və müdafiə imkanlarını genişləndirərək gələcək əməliyyatlar üçün strateji üstünlük yaratdı. Bu döyüşlər zamanı ordunun bütün strukturlarının real döyüş şəraitində sınaqdan keçirilməsi İkinci Qarabağ müharibəsinə hazırlıq baxımından mühüm əhəmiyyət daşıdı. Beləliklə, 4 il sonra Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin başlanğıcı kimi aprel döyüşləri uzunmüddətli strateji təsirlərə malik oldu, gələcək proseslərin istiqamətini müəyyən etdi. Azərbaycan 30 illik işğala son qoyaraq, 2020-ci il 44 günlük müharibədə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq uğurlu antiterror əməliyyatları nəticəsində isə suverenliyini bərpa etdi”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Əvvəlki Yazı

Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında bəzi əməliyyatlar dövlət hesabına ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.