Qalan həftə ərzində tərəflər bir sıra mübahisəli məsələlərdə razılığa gəlməsələr, ABŞ-Ukrayna faydalı qazıntılar sazişi aprelin 26-da imzalanmayacaq. Bu barədə Rada telekanalının efirində Ukraynanın İqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka bildirib.
“Aprelin 26-da bunu etmək mümkün olub, ya yox, danışıqların nə dərəcədə konstruktiv və effektiv davam edəcəyindən asılıdır. Biz maksimum səmərəlilik nümayiş etdirməyə hazırıq, lakin bu sazişə daxil olan bütün sənədlərin həcmi onlarla səhifə ilə hesablanıb. Biz bunun üçün çalışacağıq, amma heç kim söz vermir ki, 26-da yekunlaşacağıq. Hər şey razılaşdırılana qədər heç bir qayda yoxdur”.
Kaçka qeyd edib ki, baş nazir Denis Şmihalın gələn həftə ABŞ-a səfəri zamanı verilə biləcək bəzi məsələlərin həlli üçün siyasi qərarlar lazımdır. Çətin mövzular arasında o, ABŞ-ın investisiya fonduna töhfələri, habelə Vaşinqtonun Kiyevə göstərdiyi yardımın kompensasiya mexanizmləri ilə bağlı sualların mətnini qeyd edib. (Tass)