Avqust 28, 2025-16:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Aqroservis” ASC-nin sədri Goranboyda vətəndaşları qəbul edib

2024:02:22 - 17:47
in SOSİAL
A A

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Aqroservis” ASC-nin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən vətəndaşlara “Aqroservis” ASC-nin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda mövsümə uyğun mineral gübrələrin səyyar satış xidməti həyata keçirilir və bu xidmət mövsümün sonuna kimi davam edəcək. Fermerlər çox asanlıqla mineral gübrələrə olan tələbatını bu xidmət vasitəsilə qarşılaya bilərlər.

Qəbuldan sonra “Aqroservis” ASC-nin sədri bölgədə fəaliyyət göstərən iri nar bağı təsərrüfatına baş çəkib, bağlarda aparılan mövsümi işlərin gedişi ilə maraqlanıb, fermerlərin meyvə bağları üçün lazım olan texnika və mineral gübrələrlə bağlı suallarını cavablandırıb.

Əvvəlki Yazı

Ceyhun Bayramov Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığı barədə Toivo Klaarı məlumatlandırıb

Növbəti Yazı

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.