İyul 31, 2025-17:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aran rayonlarında Heydər Əliyevin xatirəsi anılıb

2023:12:12 - 13:02
in SİYASƏT
A A

Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü Aran bölgəsində böyük izdihamla anılıb.

“Report”un Aran bürosunun məlumatına görə, Salyan rayonunda keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyətin nümayəndələri şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərə öz dərin ehtiramlarını bildiriblər.

Heydər Əliyevin xatirəsi Neftçala rayonunda da anılıb. Minlərlə neftçalalı bu gün səhər saatlarından başlayaraq Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib və abidəsi önünə təzə-tər çiçəklər düzüblər.

Həmçinin, Heydər Əliyev Mərkəzində Ümummilli Liderə həsr olunmuş sərgiyə baxış keçirilib.

Hacıqabulda da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü izdihamla anılıb. Rayon İcra Hakimiyyətinin rəhbəri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri Ulu Öndərin adını daşıdığı parka gələrək abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

Şirvan şəhərinin sakinləri, icra oqranlarının rəsmiləri, ictimaiyyətin nümayəndələri də Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə dahi rəhbərə öz dərin ehtiramlarını bildiriblər.

Sabirabad, Saatlı və İmişli rayonlarında da Ümummilli Liderin əziz xatirəsi anılıb. Hər üç rayonda Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.

Əvvəlki Yazı

Ağsuda restoranda nöqsanlar aşkarlanıb, rəhbəri barəsində tədbir görülüb

Növbəti Yazı

Sahil Babayev: Ulu Öndər Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin yaradıcısıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.