Sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində digər dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq imkanları xeyli zəifləyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı Xəzər Universitetində keçirilən “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda simpoziumda çıxışı zamanı söyləyib.
O bildirib ki, “3+3” formatı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında müsbət rol oynaya bilər. Bundan əlavə, normallaşma Cənubi Qafqazın üç dövləti arasında birbaşa əməkdaşlığa kömək edə bilər.