Avqust 7, 2025-7:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

ARDNF-in İtaliyaya sərmayəsi Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə xidmət edəcək – AÇIQLAMA

2025:07:25 - 16:11
in İQTİSADİYYAT
A A

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən İtaliyaya sərmayə qoyuluşunun həyata keçirilməsi ARDNF-in investisiya portfelinin şaxələndirilməsi baxımından vacibdir. Bu müqavilə nəticəsində ARDNF ümumi quraşdırılmış gücü 402 meqavat olan Günəş Elektrik stansiyalarını əhatə edən layihə portfelində 49 faizlik pay əldə edib ki, bu da nəticə etibarilə, fondun sərmayə strukturunun təkmilləşməsinə və şaxələndirilməsinə imkan yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən bu, bütövlükdə ARDNF-in gəlirlilik əmsalının yüksəlməsinə gətirib çıxara bilər.

“Çünki investisiya portfelinin diversifikasiya olunması gəlirliliyə təsir göstərir və risklərin minimumlaşmasına səbəb olur. Dövlət Neft Fondunun gəlirliliyinin artması, həm də Azərbaycanın dövlət gəlirlərinin artması baxımından vacibdir. Çünki Dövlət Neft Fondunda toplanan vəsaitlər, həmçinin ölkənin dövlət rezervlərini formalaşdırır. Bu kontekstdən təbii ki, sərmayə qoyuluşu olduqca vacibdir. Eyni zamanda, bu, bütövlükdə innovativ sahələrə, xüsusən də yaşıl enerjiyə Dövlət Neft Fondunun vəsaitlərinin yönəldilməsi mənasına gəlir. Çünki nəticə etibarilə yaşıl enerji prioritetdir və bu istiqamətdə daha çox sərmayələrin cəlb edilməsi müşahidə olunur. Belə sərmayələr bütövlükdə Dövlət Neft Fondunun Avropa bazarında daha da möhkəmlənməsinə gətirib çıxarır. Bu kontekstdə, həm Avropada enerjiyə olan tələbin ödənilməsini, həm də Dövlət Neft Fondunun Avropa İttifaqında sərmayə qoyuluşları hesabına məhsul istehsalı və istehsal edilən məhsulun bazara çıxarılmasını təmin edir”, – deyə o vurğulayıb.

V.Bayramov onu da əlavə edib ki, bütün bunlar Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi və Azərbaycan sərmayəsi hesabına Avropanın enerji təhlükəsizliyinə töhfənin artması mənasına gəlir: “Beləliklə, bütün baş verənlər Dövlət Neft Fondunun gəlirlərinin artmasına, diversifikasiya edilməsinə, eyni zamanda, həmçinin Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək”.

Əvvəlki Yazı

Azərbaycanda şəxsiyyət vəsiqəsinə yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək

Növbəti Yazı

“Şahdağ Turizm Mərkəzi” sığortaçı seçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.