İyun 17, 2025-14:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

ARKA istehsala başlayıb

2024:03:26 - 13:05
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) istehsala başlayıb.

Bu barədə AZƏRTAC-a ARKA-dan məlumat verilib.

Belə ki, Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 2023-cü il iyulun 18-də elan olunan Film layihələri müsabiqəsinə tammetrajlı və qısametrajlı – bədii, sənədli, animasiya filmi layihələrinin qəbulu həyata keçirilib.

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihəsinin əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və tələb olunan digər sənədlərlə birlikdə müsabiqəyə layihələrini təqdim ediblər.

Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar ictimaiyyətə açıq formada təqdim edilib. Qaydalara əsasən Seçim Komissiyası, daha sonra Ekspert Şurasının yekun rəyinə əsasən qalib layihələr elan edilib.

Layihələrin təqdimat mərhələsində (pitçinq) Seçim Komissiyası, Ekspert Şurası ilə yanaşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib.

Qalib şirkətlərlə müqavilələrin bağlanması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müvafiq qaydada icazə alınıb.

Ümumilikdə müsabiqənin bütün mərhələləri tam şəffaf və qanunamüvafiq qaydada həyata keçirilib.

ARKA-nın açıqlamasında bildirilib ki, müsabiqənin qalib layihələrindən olan “Narqız” qısametrajlı animasiya filmi layihəsinin müstəsna əqli mülkiyyət hüquqları Rəşid Ağamalıyevin rəhbəri olduğu “PERİ FİLM” MMC-yə məxsusdur və başqa şirkət tərəfindən çəkilişi həyata keçirilə bilməz: “Animasiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihələrinə dövlət dəstəyi almaq istəyirlərsə, cari ildə keçiriləcək müsabiqəyə layihələrini təqdim etməsi tövsiyə olunur”.

Əvvəlki Yazı

Ağstafada qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkarlanıb

Növbəti Yazı

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.