Arxeoloqlar Ağdam rayonunun Mirəşelli kəndində əkin sahəsində aşkar edilən qəbirlərə baxış keçirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün kənd sakini Ceyhun Kərimovun əkin sahəsini traktorla şumladan zaman aşkarlanan qəbirlərin (biri daş-qutu qəbirdir – red.) Qafqaz Albaniyası dövrünə aid olduğu ehtimal edilir. Kənarları lay daşlardan ibarət daş-qutu qəbirin üstü də daş lövhə ilə örtülüb.